Putin Valaamda danışdı: “İfrat gözləntilər məyusluq yaradır”
Dünya
04.08.2025 09:18
Rusiya Prezidenti Vladimir Putin çətin dönəmlərdə rus xalqının ənənəvi olaraq Allaha üz tutduğunu xatırladaraq, Valaam monastırının bu səbəbdən seçildiyini bildirib.
TodayPress TV xəbər verir ki, bu barədə “Komsomolskaya Pravda” qəzetinə açıqlamasında keçmiş Baş nazir Sergey Stepaşin danışıb.
Onun sözlərinə görə, Putin üçün Valaam yalnız pravoslavlıq mərkəzi deyil, həm də şəxsi yaddaşlarla bağlı məkandır – gənclik illərində burada müharibə veteranlarının sığınacağı yerləşirdi.
1 avqustda Putin Belarus Prezidenti Aleksandr Lukaşenko ilə birlikdə Valaam monastırını ziyarət edib və jurnalistlərlə söhbətində ABŞ Prezidenti Donald Trampın tələblərinə dair mövqeyini də açıqlayıb.
“Məyusluq həddindən artıq gözləntilərdən yaranır”, – deyə Rusiya lideri bildirib.
Ukrayna ilə bağlı məsələlərə toxunan Putin Moskva və Kiyev arasında aparılan məhbus mübadiləsini yüksək qiymətləndirib:
“Minlərlə hərbçi və dinc sakin evinə dönüb”.
Qiymət Mahir
tag: Ukrayna ,ABŞ, Donald Tramp,Putin,Todaypress.tv,