Zelenskinin Ağ Evə gözlənilən səfəri açıqlandı
Ukrayna Prezidenti Volodimir Zelenski danışıqlar aparmaq üçün yaxın günlərdə ABŞ-yə səfər edəcək.
TodayPress TV xəbər verir ki, bu barədə “Kyiv Post” qəzeti məlumat yayıb.
"Diplomatik mənbələr onun yaxın günlərdə vacib danışıqlar üçün Floridaya səfər edəcəyini bildirirlər. Bu, Zelenskini potensial olaraq ABŞ Prezidenti Donald Trampın Mar-a-Laqodakı iqamətgahına gətirə bilər ", - deyə açıqlamada bildirilir.
Qeyd olunub ki, əgər hər şey plan üzrə gedərsə, Ukrayna prezidentinin ABŞ-yə səfəri dekabrın 28-də baş tutacaq.
Aysel Mətləb