Zelenski və Rubio arasında qeyri-rəsmi görüş keçirildi

Zelenski və Rubio arasında qeyri-rəsmi görüş keçirildi
15.02.2026 01:45 Dünya

Ukrayna Prezidenti Volodimir Zelenski və ABŞ dövlət katibi Marko Rubio Münxen Təhlükəsizlik Konfransı çərçivəsində qeyri-rəsmi görüş keçiriblər.

TodayPress TV xarici KİV-lərə istinadən xəbər verir ki, görüş təxminən 40 dəqiqə davam edib.

Digər təfərrüatlar hələlik açıqlanmayıb.

Rubio fevralın 14-də konfransda çıxış edərkən Rusiyanın Ukraynaya qarşı müharibəni dayandırmaq istəyib-istəmədiyinin hələ aydın olmadığını bildirib.

Daha əvvəl Zelenski Rubio ilə görüşdə ABŞ Prezidentinin xüsusi nümayəndələri Stiv Uitkoff və Cared Kuşner ilə telefon danışıqları aparacağını da açıqlayıb.

TodayPress TV

XƏBƏR LENTİ
21 IYUN 2026
Bütün Xəbərlər