Zelenski: “Təhlükəsizlik zəmanətləri birinci imzalanmalıdır"

Zelenski: “Təhlükəsizlik zəmanətləri birinci imzalanmalıdır"
14.02.2026 23:45 Dünya

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-nin təhlükəsizlik zəmanətlərini yalnız sülh sazişi üzrə digər sənədlərlə eyni vaxtda təqdim etmək niyyətində olduğunu açıqlayıb.  

TodayPress TV xəbər verir ki, bu barədə, o, Münxen Təhlükəsizlik Konfransında keçirilən müzakirə zamanı məlumat verib.   

Zelenski bildirib ki, Vaşinqton Kiyevə açıq şəkildə sülhün mümkün qədər tez bağlanmasını istədiyini çatdırıb. Onun sözlərinə görə, ABŞ bütün sənədlərin eyni vaxtda imzalanmasının tərəfdarıdır. 

Ukrayna Prezidenti qeyd edib ki, o, təhlükəsizlik zəmanətlərinin əvvəlcə imzalanmasının daha məqsədəuyğun olduğunu bildirib. 

Aysel Mətləb

TodayPress TV

XƏBƏR LENTİ
20 IYUN 2026
Bütün Xəbərlər