Zelenski Slovakiya ilə münasibətlərin gücləndirilməsini vacib sayır
Dünya
02.05.2026 20:25
Ukrayna Prezidenti Volodimir Zelenski Slovakiya Baş naziri Robert Fitso ilə telefon danışığı zamanı Kiyev və Bratislava arasında güclü münasibətlərin zəruriliyini vurğulayıb.
TodayPress TV xəbər verir ki, bu barədə Zelenski "X" sosial media platformasında yazıb.
"Ölkələrimiz arasında güclü münasibətlərə ehtiyacımız var və hər ikimiz bunda maraqlıyıq", - deyə lider bildirib.
Zelenski Slovakiyanın Ukraynanın Avropa İttifaqına (Aİ) üzvlük cəhdini dəstəkləməsinin və üzvlüklə bağlı təcrübəsini bölüşməyə hazır olmasının ruhlandırıcı olduğunu deyib. Ukrayna Prezidenti Robert Fikonu Kiyevə dəvət etdiyini bildirib və Bratislava dəvətinə görə ona təşəkkür edib:
“Komandalarımız bu səfərlərin qrafiki üzərində işləyəcək”.
Aysel Mətləb
tag: Zelenski,Fitso,Ukrayna,Slovakiya,TodayPress TV,
