Zelenski Rusiyanın hərbi istehsalçılarına qarşı sanksiyalar tətbiq etdi
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın dron və raket istehsalında iştirak edən şirkət və şəxslərə qarşı sanksiyalar haqqında fərmanların imzalandığını deyib.
TodayPress TV xəbər verir ki, bu barədə o, "Facebook" səhifəsində açıqlama verib.
Zelenski əlavə edib ki, digər fərmanla Rusiyanın maliyyə sektoruna qarşı sanksiyalar tətbiq olunub. Bu siyahıya Rusiya raketləri və dronlarının istehsalına görə komponentlərin tədarükü üçün ödənişlərin edildiyi şirkətlər daxildir.
Türkan İsgəndərli