Zelenski: "Rusiya tezliklə cəbhədə təzyiqi artıra bilər"
"Ukrayna ətrafında yaranmış diplomatik vəziyyətə əsaslanaraq, ruslar tezliklə təzyiqləri və Ukraynanın mövqelərinə zərbələri artırmağa cəhd edə bilərlər"
TodayPress TV xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski "Telegram"da yazıb.
"Proqnozlaşdırırıq ki, Rusiya ordusu qlobal aktorlarla danışıqlar üçün daha əlverişli siyasi şərait yaratmaq məqsədilə yaxın günlərdə Ukraynanın mövqelərinə təzyiq və zərbələri artırmağa cəhd edə bilər. Biz Rusiya qoşunlarının hərəkətini və hazırlığını qeydə alırıq", - Zelenski yazıb.