Zelenski Rusiya ilə atəşkəsi təsdiqlədi

Dünya

30.01.2026 09:44

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya ilə enerji infrastrukturuna hücumların müvəqqəti dayandırılması barədə razılaşmanın əldə olunduğunu təsdiqləyib.

TodayPress TV xəbər verir ki, bu barədə o, "X" hesabında yazıb.

O bildirib ki, bu razılaşma qış aylarında Ukrayna şəhərlərinin qorunması baxımından mühüm əhəmiyyət daşıyır.

"Enerji həyatın əsasını təşkil edir və Ukrayna tərəfdaşlarının mülki əhalinin təhlükəsizliyi üçün göstərdiyi səyləri yüksək qiymətləndirəm".

O əlavə edib ki, danışıqlar Əbu-Dabidə aparılıb.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp daha əvvəl Rusiya Prezidenti Vladimir Putindən həddindən artıq soyuq hava səbəbindən Kiyev və digər şəhərlərə hücumları bir həftəlik dayandırmağı xahiş etdiyini və Putinin buna razılaşdığını açıqlamışdı.

Türkan İsgəndərli

TodayPress TV

tag: Ukrayna,Zelenski,Rusiya,Enerji,Todaypress.tv,