Zelenski Putinlə görüşməyə hazırdır

Zelenski Putinlə görüşməyə hazırdır
27.01.2026 22:00 Dünya

Ukrayna prezidenti Volodimir Zelenski sülh danışıqları çərçivəsində iki əsas məsələ olan ərazi mübahisələri və Zaporojye AES üzərində nəzarəti həll etmək üçün Rusiya prezidenti Vladimir Putinlə şəxsən görüşməyə hazırdır.

TodayPress TV xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Andrey Sibiqa bildirib.

O, sülh prosesindəki ən həssas bu iki məsələnin hələ də həll olunmadığını vurğulayıb.

"Prezident Putinlə görüşməyə və xüsusi olaraq bu məsələləri həll etmək üçün müzakirə etməyə hazırdır", - Sibiqa bildirib.

TodayPress TV

XƏBƏR LENTİ
21 IYUN 2026
Bütün Xəbərlər