Zelenski Putini Kiyevə dəvət etdi

Dünya

30.01.2026 12:40

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya Prezidenti Vladimir Putinlə Moskvada görüşməkdən imtina edərək onu Kiyevə dəvət edib.

TodayPress TV xəbər verir ki, bu barədə “RBK-Ukrayna” məlumat yayıb.

"Əlbəttə ki, mən Moskvada Putinlə görüşə bilmərəm. Bu, Putinlə Kiyevdə görüşməklə eynidir. Mən onu Kiyevə də dəvət edə bilərəm”.

O əlavə edib ki, Kiyev döyüşlərin dayandırılması məsələsində ciddidir və buna görə də liderlər səviyyəsində istənilən real görüş formatı məqbuldur.

Xatırladaq ki, yanvarın 28-də Rusiya prezidentinin köməkçisi Yuri Uşakov Zelenskinin Rusiya lideri ilə danışıqlar üçün Moskvaya dəvət olunduğunu açıqlayıb. Kreml sözçüsü vurğulayıb ki, əgər Zelenski görüşə razılıq verərsə, Rusiya onun təhlükəsizliyinə zəmanət verməyə hazırdır.

Aysel Mətləb

TodayPress TV

tag: Ukrayna ,Putin,Zelenski,Kiyev,Todaypress.tv,