Zelenski Putinə görüşməyi təklif etdiyini açıqladı
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya Prezidenti Vladimir Putinə Fransada keçiriləcək G7 sammiti çərçivəsində görüşməyi təklif etdiyini bildirib.
TodayPress TV xəbər verir ki, Zelenskinin sözlərinə görə, Kiyev Moskva ilə ABŞ Prezidenti Donald Trampın və Avropa İttifaqı liderlərinin iştirakı ilə görüş keçirilməsi üçün müraciət göndərib.
Ukrayna lideri qeyd edib ki, sözügedən müraciət Kiyevə qarşı bu gün həyata keçirilən genişmiqyaslı hücumdan əvvəl göndərilib.