Zelenski Münhendə Rza Pəhləvi ilə görüşdü
Ukrayna Prezidenti Volodimir Zelenski Münhendə İran sülaləsinin varisi Rza Pəhləvi ilə görüşüb.
TodayPress TV xəbər verir ki, bu barədə Ukrayna lideri məlumat verib.
"Ukrayna İran xalqını öz gələcəyi uğrunda mübarizə apararkən dəstəkləyir, həmçinin İran rejiminin bütün qurbanlarına başsağlığı veririk. Söhbətimiz zamanı İrandakı vəziyyətə və İran xalqının dəstəyə ehtiyacı olan sahələrə diqqət yetirdik. İran rejiminə və digər diktator rejimlərə qarşı sanksiyaların gücləndirilməsinin vacibliyini müzakirə etdik", - deyə o bildirib.
Aysel Mətləb