Zelenski Maya Sandu ilə görüşdü
Dünya
16.12.2025 15:25
Ukrayna Prezidenti Volodimir Zelenski Niderlandın Haaqa şəhərində Moldova Prezidenti Maya Sandu ilə görüşüb.
TodayPress TV xəbər verir ki, bu barədə Zelenski özünün "Telegram" kanalında məlumat verib.
Ukrayna lideri Moldovanın dəstəyinə görə təşəkkür edib və tərəflər arasında əməkdaşlıq imkanlarının müzakirə olunduğunu bildirib. Görüş zamanı gələcək tərəfdaşlıq istiqamətləri üzrə razılıqlar əldə edilib.
Zelenski və Sandu həmçinin Ukraynadakı münaqişənin həlli, təhlükəsizlik zəmanətləri və hər iki ölkənin Avropa İttifaqına mümkün üzvlüyü məsələlərini müzakirə ediblər.
Bundan əlavə, Zelenski dekabrın 16-da bildirib ki, ABŞ Berlində keçirilən son görüşdən sonra yaxın zamanda Rusiya ilə danışıqlara başlaya bilər.
Onun sözlərinə görə, bu prosesdən sonra Ukrayna nümayəndə heyəti Donald Trampın komandasının təmsilçiləri ilə yenidən görüşə bilər. Zelenski qeyd edib ki, növbəti addımlar, o cümlədən mümkün yüksək səviyyəli görüşlər bu danışıqların nəticələrindən asılı olacaq.
Türkan İsgəndərli
tag: Zelenski,Sandu,Haaqa,Ukrayna,Todaypress.tv,
