Zelenski: "Hər şey bir şərtdən aslıdır"
Dünya
01.02.2026 15:25
Ukrayna Prezidenti Volodimir Zelenski ikinci prezidentlik müddətinə namizəd olub-olmayacağını hələ də dəqiq bilmədiyini bildirib.
TodayPress TV xəbər verir ki, o, bunu “Český rozhlas Plus” radiosuna verdiyi müsahibədə deyib.
Onun sözlərinə görə, bu məsələ Rusiyanın Ukraynaya qarşı apardığı müharibənin necə başa çatacağından asılı olacaq. Bununla belə, Zelenski bəzən bu barədə düşündüyünü də etiraf edib.
“Bəzən düşünürəm. Bəzən, bəli, düşünürəm”, – deyə Zelenski vurğulayıb. Eyni zamanda ondan müharibə bitdikdən sonra şəxsi olaraq nə etmək istədiyi ilə bağlı arzularının olub-olmadığı da soruşulub.
“Bəzən sadəcə uşaqlarımla bir az daha çox vaxt keçirmək istəyirəm. Açığı, bu gün üçün artıq harada olmasının elə də fərqi yoxdur”, – deyə Ukrayna prezidenti bildirib.
tag: Volodimir Zelenski,Ukrayna ,Şərt ,Seçki ,Todaypress.tv,
