Zelenski Avropa liderləri ilə Trampsız görüşəcək

Zelenski Avropa liderləri ilə Trampsız görüşəcək
27.12.2025 15:20 Dünya

Ukrayna Prezidenti Volodimir Zelenski ilə Avropa liderləri arasında dekabrın 27-də planlaşdırılan görüş ABŞ Prezidenti Donald Trampın iştirakı olmadan keçiriləcək.

TodayPress TV xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Bildirilir ki, Zelenski Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen və digər Avropa liderləri ilə telefon danışığı aparacaq.

Daha əvvəl "Axios" Ukrayna rəsmisinə istinadən Zelenski və Trampın 27 dekabrda onlayn görüş keçirməyi planlaşdırdıqlarını yazmışdı. Həmin görüşə bir neçə Avropa ölkəsi liderinin də qoşulacağı gözlənilirdi.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
21 IYUN 2026
Bütün Xəbərlər