Zelenski 5 nəfərə qarşı sanksiya tətbiq etdi

Dünya

02.05.2026 21:40

Ukrayna Prezidenti Volodimir Zelenski hərəkətləri "Ukraynanın milli maraqlarını, təhlükəsizliyini, suverenliyini və ərazi bütövlüyünü təhdid edən" beş nəfərə qarşı sanksiyalar tətbiq edib.

TodayPress TV xəbər verir ki, bu barədə Ukrayna Prezidentin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, sanksiyalar Zelenski ofisinin keçmiş rəhbəri, ukraynalı hüquqşünas Andriy Bohdanı hədəf alır.

Siyahıda olan digər şəxslər bunlardır: sanksiyaya məruz qalmış müxalifətçi Viktor Medvedçukun tərəfdaşı və şəriki olduğu bildirilən ukraynalı iş adamı Bohdan Pukiş; sanksiyalardan yan keçmək üçün istifadə edilən "A7A5" ödəniş sisteminin əsas meneceri kimi təsvir edilən rusiyalı iş adamı Alan Kiryuxin; bəyanatda "təbliğatçı" adlandırılan Rusiya Olimpiya rəsmiləri Stanislav Pozdnyakov və Mixail Mamiaşvili.

Məhdudlaşdırıcı tədbirlərə dövlət mükafatlarından məhrumetmə, aktivlərin dondurulması, ticarət əməliyyatlarının dayandırılması, Ukraynadan kapital axınının qarşısının alınması, lisenziya və icazələrin fəaliyyətinin dayandırılması, habelə dövlət əmlakının özəlləşdirilməsi və ya icarəsində iştirak qadağası daxildir.

Qeyd edək ki, sanksiyalar 10 il müddətinə qüvvədə olacaq, dövlət mükafatları isə müddətsiz olaraq geri alınıb.

Aysel Mətləb

TodayPress TV

tag: Ukrayna,Zelenski,Sanksiya,