Yunanıstan tankerinə hücum edildi
Yunanıstana məxsus “Skiros” tankeri Qara dənizdə hücuma məruz qalıb.
TodayPress TV xəbər verir ki, bu barədə "Bloomberg" mənbələrinə istinadən məlumat yayıb.
Agentliyin dəqiqləşdirdiyinə görə, tanker avqustun 16-da, bazar günü, Novorossiysk yaxınlığındakı Xəzər Boru Kəməri Konsorsiumunun (KTK) terminalında Rusiya neftinin partiyasını yüklədikdən sonra hücuma məruz qalıb.
İyulun sonunda “Financial Times” qəzeti yazmışdı ki, ABŞ-ın vitse-prezidenti Cey Di Vens Ukrayna prezidenti Vladimir Zelenskidən KTK-nın infrastrukturuna və Novorossiysk limanına daxil olan tankerlərə zərbələri dayandırmağı xahiş edib.
Həmin vaxt FT-nin məlumatına görə, Kiyev KTK-nın infrastrukturuna və Rusiyaya məxsus olmayan gəmilərə zərbələr endirməməyə razılaşıb. Bunun üçün həmin gəmilərin Ukraynanın sanksiyaları altında olmaması və Rusiya nefti və ya digər Rusiya yükləri daşımaması şərti qoyulub.
BBC-nin məlumatına görə, KTK Qazaxıstandan neft tədarükünün əsas marşrutudur. Konsorsiumdakı paylar, digər şirkətlərlə yanaşı, Amerikanın Chevron və ExxonMobil şirkətlərinə də məxsusdur. Novorossiyskdə yerləşən KTK-nın dəniz terminalı və onun akvatoriyasındakı tankerlər mütəmadi olaraq Ukraynanın hücumlarına məruz qalıb. Hücumlardan birindən sonra Qazaxıstan neft hasilatını azaltmaq məcburiyyətində qalıb.
Qiymət Mahir