Yəmən sahillərində tankerə atəş açıldı

Yəmən sahillərində tankerə atəş açıldı
15.06.2026 21:56 Dünya

Yəmənin Ədən şəhərindən 111 dəniz mili cənub-şərqdə tankerə atəş açılıb.

TodayPress TV xəbər verir ki, bu barədə Birləşmiş Krallığın Dəniz Ticarət Əməliyyatları (UKMTO) idarəsi məlumat yayıb.

Bildirilib ki, tanker göyərtəsində 4 heyət üzvünün olduğu kiçik bir qayığın ona yaxınlaşdığını xəbər verib. Qayığın heyəti silahlı olub və gəmiyə tank əleyhinə qumbaratandan atəş açıb.

Səlahiyyətli qurumlar araşdırma aparır.

Aysel Mətləb

TodayPress TV

XƏBƏR LENTİ
15 IYUN 2026
Bütün Xəbərlər