Yəmən fövqəladə vəziyyət elan etdi
Yəməndə Prezident Rəşad əl-Əlimi separatçılarla münaqişənin alovlanması səbəbindən fövqəladə vəziyyət elan edib.
TodayPress TV xəbər verir ki, bu barədə "Ritzau" və "AFP" xəbər agentlikləri məlumat yayıb.
Prezident bildirib ki, fövqəladə vəziyyət 90 gün davam edəcək və növbəti üç gün ərzində ölkəyə giriş bağlanacaq.
Fövqəladə vəziyyətlə yanaşı, o, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ilə təhlükəsizlik müqaviləsini ləğv edib və BƏƏ-ni separatçılara dəstəyini dayandırmağa çağırıb.
Aysel Mətləb