Yaponiyaya uçan təyyarə nasazlıq səbəbilə geri qayıtdı
Dünya
14.12.2025 16:47
Yaponiyanın paytaxtı Tokioya uçan "United Airlines" aviaşirkətinə məxsus təyyarə mühərrikində yaranan nasazlıq səbəbilə ABŞ-yə geri qayıtmaq məcburiyyətində qalıb.
TodayPress TV xəbər verir ki, bu barədə ABŞ Federal Aviasiya Administrasiyası (FAA) məlumat yayıb.
Məlumata görə, hadisə şənbə günü baş verib. "United Airlines"in 803 nömrəli reysi olan "Boeing 777-200" təyyarəsi Virciniyanın şimalındakı Dallas Beynəlxalq Hava Limanından havaya qalxdıqdan qısa müddət sonra geri dönüb.
FAA təyyarə ilə bağlı insident üzrə araşdırmaya başlayıb. Aviaşirkət nümayəndəsi bildirib ki, geri dönüşə mühərriklərdən birində baş verən elektrik kəsilməsi səbəb olub.
Məlumata görə, təyyarədə olan 275 sərnişin və 15 ekipaj üzvü arasında xəsarət alan olmayıb.
Türkan İsgəndərli
tag: Yaponiya,Təyyarə,Nasazlıq,ABŞ,Todaypress.tv,
