Yaponiyanın şərq sahillərində güclü zəlzələ baş verdi
Yaponiyanın Honşu adasının şərq sahillərində, Sakit okean akvatoriyasında 6,2 bal gücündə zəlzələ qeydə alınıb.
TodayPress TV xəbər verir ki, zəlzələ martın 26-sı yerli vaxtla saat 23:18-də (Bakı vaxtı ilə 18:18-də) Morioka şəhərindən 173 km şərqdə qeydə alınıb.
Episentrdəki təkanların intensivliyinə əsasən, zəlzələ dağıdıcı kimi qiymətləndirilib.
Aysel Mətləb