Yaponiyada növbədənkənar parlament seçkisi keçirilir
Yaponiyada ölkə parlamentinə ümummilli növbədənkənar seçki keçirilir.
TodayPress TV xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
Səsvermə prosesində hələlik ciddi pozuntular və ya müşayiət olunan insidentlər barədə məlumat daxil olmayıb. Bildirilir ki, seçkidən bir qədər əvvəl Yaponiyanın şimalında rekord həddə qar yağması bəzi rayonlarda seçki prosesini və səslərin sayılmasını çətinləşdirə bilər.
Türkan İsgəndərli