Yaponiyada 100 mindən çox insan təxliyə edildi

Yaponiyada 100 mindən çox insan təxliyə edildi
08.08.2025 10:45 Dünya

Yaponiyanın Kirişima şəhərində leysan yağışlar səbəbindən 122 mindən çox insan təxliyə olunur. 

TodayPress TV xəbər verir ki, bu barədə "NHK" telekanalı məlumat yayıb.

Bildirilir ki, avqustun 8-i səhər saatlarında əhali üçün ən yüksək "fövqəladə təhlükəsizlik" rejimi elan edilib. İndiyədək iki nəfərin xəsarət aldığı açıqlanıb.

Sinoptiklər tufan və leysanların avqustun 10-na qədər davam edəcəyini bildirirlər.

Türkan İsgəndərli

XƏBƏR LENTİ
22 IYUL 2026
Bütün Xəbərlər