Yaponiya Qəzzada atəşkəsə nəzarət mərkəzinə mütəxəssislər göndərəcək

Yaponiya Qəzzada atəşkəsə nəzarət mərkəzinə mütəxəssislər göndərəcək
14.12.2025 10:53 Dünya

Yaponiya hökuməti Qəzza zolağında atəşkəs rejiminə nəzarət məqsədilə ABŞ-nin təşəbbüsü ilə yaradılan koordinasiya mərkəzinə mülki mütəxəssislər göndərməyi planlaşdırır.

TodayPress TV xəbər verir ki, bu barədə “Asahi” qəzeti məlumat yayıb.

Qəzetin Yaponiya hökumətindəki mənbələri bildirir ki, Tokio mərkəzin fəaliyyətində yalnız humanitar sahə üzrə iştirak edəcək.

Məlumata əsasən, Yaponiyadan göndəriləcək mütəxəssislər beynəlxalq humanitar və qeyri-hökumət təşkilatlarında çalışan, infrastrukturun bərpası üzrə ixtisaslaşmış ekspertlər olacaq.

Qeyd edilib ki, hərbi-mülki koordinasiya mərkəzi atəşkəs razılaşmasından sonra İsrailin cənubunda, Qəzza sərhədi yaxınlığında yaradılıb. Mərkəz Qəzzadakı vəziyyətlə bağlı məlumatları real vaxt rejimində müxtəlif mənbələrdən toplayacaq.

ABŞ-nin rəhbərlik etdiyi bu mərkəzdə 40-dan çox ölkə və təşkilatın nümayəndələrinin iştirakı nəzərdə tutulur.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
21 IYUN 2026
Bütün Xəbərlər