Yapon qırıcıları Rusiya kəşfiyyat təyyarəsini izlədi

Yapon qırıcıları Rusiya kəşfiyyat təyyarəsini izlədi
13.02.2026 07:40 Dünya

Yaponiya Özünümüdafiə Qüvvələri ölkənin Sakit okean sahilləri yaxınlığında Rusiyaya məxsus "İl-20" kəşfiyyat təyyarəsinin uçuşunu izləyib.  

TodayPress TV xəbər verir ki, bu barədə Yaponiya Birləşmiş Qərargah Rəisləri Komitəsi məlumat verib. 

Məlumata əsasən, Rusiya kəşfiyyat təyyarəsi ötən gün Hokkaydo adasının şimalından keçərək cənuba doğru yönəlib, Hokkaydo adasının şərq sahilləri və Honşu adasındakı İvate prefekturasının sahilləri boyu uçuş həyata keçirib. Daha sonra isə geri qayıtmaq üçün kurs götürüb. 

Buna cavab olaraq, Yaponiya Özünümüdafiə Qüvvələri Rusiya hərbi təyyarəsinin hərəkətlərini izləmək üçün Şimal Hava Hücumundan Müdafiə Komandanlığının qırıcılarını havaya qaldırıb. 

Aysel Mətləb

TodayPress TV

XƏBƏR LENTİ
21 IYUN 2026
Bütün Xəbərlər