Xorvatiyada Roma dəfinəsi tapıldı: Əsgər maaşı olduğu ehtimal edilir

Xorvatiyada Roma dəfinəsi tapıldı: Əsgər maaşı olduğu ehtimal edilir
17.05.2026 04:00 Dünya

Xorvatiyanın şərqində yerləşən Moxovo ərazisində arxeoloqlar 302 ədəd Roma sikkəsi aşkarlayıblar.

TodayPress TV xəbər verir ki, Zaqreb Arxeologiya İnstitutu bu tapıntının Roma İmperiyasının əsas sərhədlərindən biri olan Dunay limesini qoruyan kiçik bir hərbi bölmə ilə bağlı olduğunu bildirib.

Dəfinə Vukovar-Srem jupaniyasında, təxminən bir kvadratmetrlik sahəsi olan Roma gözətçi qülləsinin ərazisində aparılan qazıntılar zamanı tapılıb. Sikkələrin əksəriyyəti Dunay sərhədinin müdafiəsinin gücləndirildiyi dövrə - eramızın IV əsrinə aiddir.

Məlumata görə, dəfinə dar bir xəndəkdə aşkar edilib. Texnik Damir Topiçin sözlərinə görə, əvvəlcə bir, sonra isə ard-arda bir neçə sikkə tapıldıqdan sonra bunun məqsədyönlü şəkildə gizlədilmiş bir dəst olduğu aydınlaşıb.

İnstitutun direktoru Marko Dizdar bunun hərbi ehtiyat ola biləcəyini ehtimal edir. Versiyalardan birinə görə, əsgərlər hücum və ya təhlükə zamanı pulları geri götürmək ümidi ilə gizlətsələr də, görünür, bu, onlara nəsib olmayıb. Çox güman ki, bu, sadəcə əşyalar toplusu deyil, sərhəddəki növbəti böhran zamanı tələsik gizlədilmiş əsgər və ya zabit maaşıdır.

İlkin təhlillər göstərir ki, sikkələrin çoxu imperator I Valentinianın (eramızın 364-375-ci illəri) dövründə zərb edilib. Bu fakt yerli tarix üçün də vacibdir, çünki imperator müasir Vinkovtsinin yerində yerləşən Roma şəhəri Tsibalda anadan olub.

Sikkələrlə yanaşı, arxeoloqlar fibulalar (geyim sancaqları) və balıqçılıq qarmağı da tapıblar. Bu əşyalar göstərir ki, qüllədəki həyat yalnız keşik çəkməkdən ibarət olmayıb; əsgərlər orada daim yaşayır, avadanlıqlarını təmir edir və çayın resurslarından istifadə edirdilər.

Bərpa işlərindən sonra sikkələr muzeyə təhvil veriləcək.

TodayPress TV

XƏBƏR LENTİ
01 IYUN 2026
Kaleb Orr Azərbaycanda səfərdədir 09:45 Britaniya və Fransa Rusiyaya qarşı əməliyyat keçirdi 09:40 Zelenski elan etdi! Onlar Ukraynaya ilk dəfə gəlirlər – SƏBƏB... 09:33 Morqan Rocers yay transfer bazarını silkələyə bilər 09:32 Neft həftəyə ARTIMLA başladı 09:29 Dünya bu açıqlamanı gözləyirdi: Qışa qədər... 09:22 Azərbaycan cüdoçuları Qrats tatamisində zirvəyə yüksəldi 09:16 Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür 08:53 SEPAH ABŞ zərbəsinə sərt cavab verdi 08:41 Mehriban Əliyeva uşaqları təbrik etdi 08:34 Prezident 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım etdi 08:30 ABŞ ordusu İran ərazisində hərbi hədəfləri vurdu 08:23 Hansı meyvə şirələrini alkoqolla qarışdırmaq olmaz? - Həkimdən xəbərdarlıq 22:37 Stalinin gizli zirzəmisi açıldı - 40 min şüşə nadir şərab hərraca çıxarılır 22:29 Yeddi komandanın hər biri mövsüm ərzində 100 milyon avrodan çox pul qazandı 22:23 NBA pley-offunun finalçıları müəyyənləşdi 22:20 Filippində binanın uçması nəticəsində ölənlərin sayı artdı 22:16 Əfsanəvi qrup yeni tamaşaçı rekorduna imza atdı 22:18 Zidanın oğlu Əlcəzair millisinin heyətinə çağırıldı 22:14 Kvaratsxeliya Çempionlar Liqasında mövsümün oyunçusu seçildi 21:49 İstanbulda yaxta yandı 22:32 Zelenski onların vəzifəsini dəyişmək istəyir 22:26 Yapon turistə qarşı xoşagəlməz hərəkət: 66 yaşlı şəxs cəzalandırıldı - VIDEO 23:38 CNN: İran 18 yeraltı raket saxlama məntəqəsinə girişi bərpa edib 22:11 Tramp ABŞ-nin Türkiyədəki səfirini İraq üzrə xüsusi nümayəndə təyin etdi 21:51 Bütün Xəbərlər