Xameneini tənqid edən gənc ölü tapıldı
İranın dini lideri Əli Xameneini tənqid edən və onun fotosunu yandıran 27 yaşlı Ümid Sərləkin meyiti tapılıb.
TodayPress TV xəbər verir ki, bu barədə insan haqları təşkilatları məlumat yayıb.
Sərləkin meyiti Loristan əyalətinin Əliqudərz şəhərində, “Ərsəlan Qudərzi” stadionu yaxınlığında aşkar edilib.
Məlumata görə, gənc başından güllə yarası alıb və yanında tapança tapılıb. Dövlət mediası onun intihar etdiyini bildirib.
Qeyd olunur ki, Ümid Sərləkin cənazəsi, onun Əli Xameneini tənqid edən və fotosunu yandırdığı video paylaşıldıqdan bir neçə saat sonra tapılıb.
Jalə Rövşən