Vuçiçdən sərt mesaj: "Heç kimin adamı deyiləm"
Serbiya Prezidenti Aleksandar Vuçiç özünün nə Rusiya, nə də başqa bir ölkənin adamı olduğunu bildirib.
TodayPress TV "Report"a istinadən xəbər verir ki, Vuçiç bunu "TV Prva" telekanalına müsahibəsində deyib.
"Belə təzyiqlərin həmişə olacağını başa düşəndə, sənə hər yolla təsir göstərəcəklərini anlayanda deyirsən ki, bu yola özün çıxmısan, xalqın etimadını qazanmaq istəmisən, qazanmısan, indi davam et və mübarizə apar", - Vuçiç bildirib.
O qeyd edib ki, gələcəkdə az adam prezident seçkilərində iki dəfə təxminən 60 faiz səslə qalib gələ biləcək.
Vuçiç vurğulayıb ki, onun prezidentliyi dövründə Serbiyada çox şey dəyişib.
"Əgər biz ölkədə fabriklər və məşğulluq sahəsində dəyişikliklər etməsəydik, bu gənclərin də, sizin də maaşınız olmazdı", – Vuçiç deyib.
O bildirib ki, Prezident olduğu son doqquz ildə və bundan əvvəl Baş nazir kimi fəaliyyət göstərdiyi dövrdə Serbiya böyük inkişaf yolu keçib.
Prezident postunu tərk etməyə hazırlaşarkən hansı hissləri keçirdiyi barədə suala cavab olaraq Vuçiç Serbiyanın gələcəyi ilə bağlı həm narahatlıq, həm də ümidlərinin olduğunu deyib.