Volqoqradda güclü yağış şəhəri iflic etdi

Volqoqradda güclü yağış şəhəri iflic etdi
01.04.2026 20:40 Dünya

Rusiyanın Volqoqrad şəhərində güclü yağış və dolu nəticəsində küçələr su altında qalıb.

TodayPress TV  xəbər verir ki, yağan leysan nəticəsində şəhərin küçələrində hərəkət iflic olub, avtomobillər suyun altında qalıb.

Şəhərdə tıxacların səviyyəsinin yüksək həddə çatdığı bildirilir. Bəzi yaşayış binalarının həyətlərində piyadaların hərəkəti mümkünsüz olub.

Hidrometeorologiya xidməti xəbərdarlıq edib ki, əlverişsiz hava şəraiti Volqoqrad vilayətində iş həftəsinin sonuna qədər davam edəcək. Aprelin 2-si gecə yarısına qədər leysan və dolu, aprelin 3-ü axşama qədər isə saniyədə 20 metrə çatan güclü külək gözlənilir.

TodayPress TV

XƏBƏR LENTİ
21 IYUN 2026
Bütün Xəbərlər