“Vifa” tayfunu Çini vurdu
Çinin cənubundakı Quanqdonq əyalətinin Tayşan şəhəri güclü “Vifa” tayfununun təsirinə məruz qalıb.
TodayPress TV xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.
Tayfun yerli vaxtla saat 18:00-da şəhəri vurub. Bu zaman küləyin maksimal sürəti 30 m/s-ə çatıb.
Bundan əvvəl Honq-Konqda tayfunun səbəb olduğu insidentlər nəticəsində 21 nəfərin xəsarət aldığı bildirilib. Rəsədxananın məlumatına görə, tayfunun episentri Honq-Konqdan təxminən 90 km cənub-qərbdə yerləşib və şəhəri qismən ötüb keçib.
Hazırda bölgədə təhlükəsizlik tədbirləri gücləndirilib, hava şəraiti nəzarətdə saxlanılır.
Türkan İsgəndərli