Venesuelada ABŞ səfirliyinə bomba təxribatının qarşısı alındı

Venesuelada ABŞ səfirliyinə bomba təxribatının qarşısı alındı
06.10.2025 17:55 Dünya

Venesuelada ABŞ səfirliyinə bomba yerləşdirilməsi cəhdinin qarşısı alınıb.

TodayPressTV xarici KİV-ə istinadən xəbər verir ki, “Venesuela Sülh Dialoqu” prosesinin rəhbəri Jorge Rodrigez bu təxribatın yerli sağçı ekstremistlər tərəfindən planlanlandığını bildirib.

Məlumata görə, onlar ABŞ səfirliyinə partlayıcı qurğu yerləşdirməyi nəzərdə tutublar.

Rodrigez əlavə edib ki, təhlükə barədə ABŞ hökuməti xəbərdar edilib və Venesuelada diplomatik obyektlərdə təhlükəsizlik tədbirləri gücləndirilib.

Jalə Rövşən 

TodayPressTV

XƏBƏR LENTİ
21 IYUL 2026
Bütün Xəbərlər