Vaxt çatdı! - Almaniya Rusiya və Ukraynaya çağırış etdi

Vaxt çatdı! - Almaniya  Rusiya və Ukraynaya çağırış etdi
14.07.2026 17:59 Dünya

Almaniya kansleri Fridrix Merts danışıqlar masasına oturmağın vaxtının çatdığını bəyan edib.

TodayPress TV xəbər verir ki, o, bu açıqlamanı Parisdə keçirilən "könüllülərin koalisiyası" sammitindən sonra verib.

Merts vurğulayıb ki, Avropa Rusiya-Ukrayna münaqişəsini uzatmaq yox, mümkün qədər tez bir zamanda sona çatdırmaq istəyir.

"Buna görə də Rusiyaya siqnalımız budur: danışıqlar masasına oturmağın vaxtıdır. Atəşkəs barədə razılığa gəlməyin vaxtıdır", - deyə kansler bildirib.

Mertsin sözlərinə görə, "könüllülər koalisiyası" ABŞ ilə sıx əməkdaşlıq edərək, davamlı sülhün bərqərar olması üçün zəruri olan atəşkəsdən sonra belə Ukraynanın təhlükəsizliyini təmin etməyə hazırdır. Almaniyanın baş naziri bildirib ki, təhlükəsizlik zəmanətlərinin konkret detallarını Rusiya deyil, Ukrayna və onun tərəfdaşları müəyyən edəcək.

Kansler, həmçinin Ukraynaya dəstəyin davam edəcəyinə söz verib. 

"Ankarada keçirilən NATO sammitində biz həm bu il, həm də gələn il 70 milyard avrodan çox vəsait ayırmaqla Ukraynaya dəstək təşəbbüsü ilə çıxış etdik. Ukraynanın hava hücumundan müdafiə məsələsi hazırda xüsusilə aktualdır", - deyə o əlavə edib. 

Jalə Rövşən 

XƏBƏR LENTİ
14 IYUL 2026
Bütün Xəbərlər