Tehrandan Trampa sərt XƏBƏRDARLIQ: Cavabımız qətiyyətli olacaq!
İranın yüksək vəzifəli rəsmilərindən biri ABŞ prezidenti Donald Trampın mümkün hərbi əməliyyatlarla bağlı bəyanatına reaksiya verib.
TodayPress TV xəbər verir ki, adı açıqlanmayan rəsmi şəxs "CNN" telekanalına bildirib ki, əgər Tramp Kuş dağına zərbə endirməklə bağlı təhdidini həyata keçirərsə, İran buna qətiyyətli cavab verəcək.
Onun sözlərinə görə, mümkün cavab tədbirləri ABŞ hərbçiləri və Vaşinqtonun regiondakı müttəfiqləri üçün ağır nəticələr doğuracaq və bunun ciddi bədəli olacaq.
Nicat Osmanlı