Rusiyada hakimiyyət dəyişikliyinin ayaq səsləri eşidilir - Pekin kəşfiyyatı özünü ələ verdi
Çin hakimiyyəti Rusiyada gələcək hakimiyyət dəyişikliyi ssenarilərinə qarşı səssiz hazırlıqlara başlayıb.
TodayPress TV xəbər verir ki, bu barədə "Wall Street Journal" məlumat yayıb.
Nəşrin məlumatına görə, Pekin gələcəkdə Rusiyanın siyasi kursunu müəyyən edə biləcək regional rəhbərlər, elita nümayəndələri və orta səviyyəli məmurlarla indidən aktiv əlaqələr qurur.
Nəşr yazıb ki, son illər Rusiyada Çin kəşfiyyatının fəallığı və məmurların əməkdaşlığa cəlb edilməsi halları nəzərəçarpacaq dərəcədə artıb. Bu uzunmüddətli strategiya ilə Çin, gələcək onilliklərdə Moskvanı öz maraqlarına uyğun qərarlar qəbul etməyə sövq edəcək təsir mexanizmləri formalaşdırır.
Qeyd edilib ki, Moskva isə mövcud geosiyasi şəraitdə Pekinlə münasibətləri korlamamaq üçün bu casusluq və təsir fəaliyyətlərini ictimailəşdirməkdən yayınır.
Jalə Rövşən