Vaşinqton və Tehran Pakistan kanalı ilə dialoq qurur

Vaşinqton və Tehran Pakistan kanalı ilə dialoq qurur
26.03.2026 16:46 Dünya

Pakistanın xarici işlər naziri İshaq Dar ABŞ və İran arasında dolayı danışıqların ölkəsi vasitəsilə aparıldığını bildirib.

TodayPress TV  xəbər verir ki, o, bu barədə "X" sosial şəbəkəsində məlumat yayıb.

Nazirin sözlərinə görə, media Yaxın Şərqdəki münaqişənin həlli üzrə sülh danışıqları ilə bağlı əsassız spekulyasiyalar yayır:

"Əslində, ABŞ və İran arasında dolayı yolla danışıqlar Pakistan vasitəsilə mesaj mübadiləsi yolu ilə aparılır. Bu kontekstdə ABŞ hazırda İran tərəfindən nəzərdən keçirilən 15 bənddən ibarət sənəd təqdim edib".

İ.Dar əlavə edib ki, Türkiyə və Misir də bu təşəbbüsü dəstəkləyir.

TodayPress TV

XƏBƏR LENTİ
20 IYUN 2026
Bütün Xəbərlər