"USS Gerald Ford" İrana qarşı əməliyyatda iştirakını dayandıracaq

"USS Gerald Ford" İrana qarşı əməliyyatda iştirakını dayandıracaq
17.03.2026 23:50 Dünya

Amerika təyyarədaşıyan gəmisi “USS Gerald R. Ford” gələn həftə İrana qarşı əməliyyatlar zonasını müvəqqəti olaraq tərk edəcək və təchizatı artırmaq üçün Yunanıstanın Krit adasındakı Souda bazasına yola düşəcək.

TodayPress TV xəbər verir ki, bu barədə "Kathimerini" qəzeti mənbələrə istinadən məlumat yayıb.

Bildirilib ki, təyyarədaşıyan gəmi hazırda Səudiyyə Ərəbistanı sahillərində, Qırmızı dənizin şimalındadır. Daşıyıcı ilə yanaşı, Qırmızı dənizdə “Tomahawk” qanadlı raketləri və silahlanmış üç idarə olunan raket esminesi də yerləşdirilib.

ABŞ-nin Yaxın Şərqdəki Mərkəzi Komandanlığının daha əvvəl təyyarədaşıyan gəminin camaşırxana otağında yanğın baş verdiyini bəyan edib.

Aysel Mətləb

TodayPress TV

XƏBƏR LENTİ
20 IYUN 2026
Bütün Xəbərlər