Uşakov: Putinlə Zelenskinin görüşünə dair heç bir razılaşma yoxdur

Uşakov: Putinlə Zelenskinin görüşünə dair heç bir razılaşma yoxdur
01.09.2025 20:30 Dünya

Rusiya Prezidenti Vladimir Putin və amerikalı həmkarı Donald Tramp Alyaskada keçirilən sammit zamanı Ukrayna lideri Vladimir Zelenski ilə görüşə dair razılığa gəlməyiblər.

TodayPress TV xəbər verir ki, bu barədə Rusiya prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov məlumat verib.

"İndiyə qədər mətbuatda yayılanlar bizim razılaşdığımız şeylər deyil. İndi üçtərəfli görüşdən, Putinlə Zelenski arasında görüşdən çox danışılır, amma bildiyimə görə, Putinlə Tramp arasında bununla bağlı heç bir razılaşma olmayıb", - deyə Uşakov qeyd edib.

XƏBƏR LENTİ
17 IYUL 2026
Bütün Xəbərlər