Uşakov: “ABŞ-nin sülh planına dəyişiklikləri Rusiyanın xeyrinə olmayacaq”
Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov bildirib ki, Amerika tərəfinin sülh planına təklif etdiyi dəyişikliklər açıq şəkildə Rusiyanın xeyrinə olmayacaq.
TodayPress TV xəbər verir ki, bu barədə Uşakov “RİA”ya açıqlamasında deyib.
Onun sözlərinə görə, müzakirəyə çıxarılan variant Rusiyanın mövqelərini daha da zəiflədə bilər:
“Bizdə belə bir təəssürat var ki, müzakirəyə təqdim olunan bu variant daha da pisləşdiriləcək”.
Rusiya Prezidentinin köməkçisi vurğulayıb ki, Moskva Ukrayna məsələsinin nizamlanması ilə bağlı öz baxışlarında israr edəcək.
Qiymət Mahir