Ukrayna Putinin masasına qoyulan sənədləri ələ keçirdi - FOTO
Ukrayna Prezidenti Vladimir Zelenski Rusiya Prezidenti Vladimir Putinin masasına qoyulan sənədləri nümayiş etdirib.
TodayPress TV Axar.az-a istinadən xəbər verir ki, bu barədə Zelenski özünün Teleqram hesabında məlumat yayıb.
“Rusiyanın daxili vəziyyətinin qiymətləndirilməsi və Putinin masasına gələn sənədlərin alınması ilə bağlı tədqiqat nəticələri barədə hesabatlar dinlədim. Rusiyanın Putindən narazılığının proqnozlaşdırılan göstəriciləri durmadan artmaqdadır. Putin artıq artan narazılığın qarşısının alınmayacağına inanmağa başlayıb. Sentyabr ayına qədər Putinin vəziyyəti daha da pisləşəcək. Bu hesabatlarda hələlik iyun, iyul və avqust nəticələri qeyd olunmayıb. Ola bilsin ki, sülh müqaviləsi artıq Putinlə imzalanmasın”, - Zelenski bildirib.
Qeyd edək ki, sənədlər Ukrayna kəşfiyyatı tərəfindən əldə olunub.