Ukrayna PUA-ları Moskvada 9 May paradını göyə uçuracaq - SSENARİ

Dünya

04.05.2026 13:36

Ukrayna dronları Moskvada 9 May paradında uça bilər.

TodayPress TV xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski İrəvanda 8-ci Avropa Siyasi Birliyinin Zirvə Toplantısında deyib.

“Rusiya 9 May paradı elan edib, lakin bu paradda hərbi texnika olmayacaq. Əgər bu doğrudursa, uzun illərdən sonra ilk dəfədir ki, onlar paradda silah nümayiş etdirə bilmirlər. Ukrayna dronları da həmin parad üzərində uça bilər”, – deyə Zelenski bildirib.

TodayPress TV

tag: Ukrayna,Dron,Moskva,Parad,Todaypress.tv,