Ukrayna nümayəndə heyəti ABŞ-yə getdi

Dünya

21.03.2026 11:56

Ukraynanın yüksək səviyyəli nümayəndə heyəti ikitərəfli danışıqlarda iştirak etmək üçün ABŞ-nin Mayami şəhərinə gedib.

TodayPress TV xəbər verir ki, bu barədə "Ukrinform" məlumat yayıb.

Ukrayna tərəfini görüşdə Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov, Prezident Ofisinin rəhbəri Kirill Budanov, onun birinci müavini Sergiy Kislitsa və parlamentdə “Xalqın xidmətçisi” fraksiyasının rəhbəri David Araxamiya təmsil edir.

ABŞ tərəfindən isə danışıqlarda Ağ Evin xüsusi elçisi Stiven Uitkoff və Prezident Donald Trampın kürəkəni Cared Kuşner iştirak edəcək.

Görüşdə təhlükəsizlik sazişləri, xüsusilə hava hücumundan müdafiə sistemlərinin tədarükü və Rusiya ilə müharibənin dayandırılması yolları müzakirə olunacaq.

Türkan İsgəndərli

TodayPress TV

tag: Ukrayna,ABŞ,Mayami,Görüş,Todaypress.tv,