Ukrayna ilə bağlı yeni danışıqlar İsveçrədə keçirilə bilər
Ukraynadakı münaqişənin həlli ilə bağlı danışıqların yenidən İsveçrədə keçirilməsi mümkündür.
TodayPress TV xəbər verir ki, bu barədə İsveçrənin xarici işlər naziri İqnazio Kassis “Le Temps” qəzetinə müsahibəsində bildirib.
Nazir bu ehtimalla bağlı suala müsbət cavab verərək ölkəsinin belə bir görüşü təşkil etmək imkanında olduğunu deyib.
Xatırladaq ki, Rusiya, ABŞ və Ukrayna nümayəndələri arasında son danışıqlar fevralın 17-18-də Cenevrədə keçirilib. Görüşlərin növbəti raundu 21 mart tarixində Mayamidə keçirilib.
Türkan İsgəndərli