Ukrayna iki rus tankerini dənizə gömdü!
Dünya
03.05.2026 13:33
Ukrayna Silahlı Qüvvələri Novorossiysk limanının girişində Rusiyanın “kölgə” neft donanmasına aid iki tankeri vurub.
TodayPress TV xəbər verir ki, bu barədə "Ukrinform" məlumat yayıb.
Ukrayna Prezidenti Volodimir Zelenski bu barədə bildirib ki, Ukrayna müdafiə qüvvələri (SBU və Hərbi Dəniz Qüvvələrinin iştirakı ilə) Novorossiysk limanının girişində Rusiyanın kölgə neft donanmasına məxsus iki iri gəmiyə (tankerə) zərbə endirib.
Zelenski qeyd edib: “Bu tankerlər aktiv şəkildə neft daşımalarında istifadə olunurdu. Artıq istifadə edilməyəcəklər.”
Prezident, həmçinin əməliyyata rəhbərlik edən Baş Qərargah rəisi Andrii Hnatova, SBU-nun əks-kəşfiyyatçılarına və Hərbi Dəniz Qüvvələrinə təşəkkür edib.
tag: Volodimir Zelenski ,Ukrayna ,"Kölgə",Novorossiysk ,Todaypress.tv,
