Ukrayna bu ərazilərə zərbələr endirdi - Ölən və yaralananlar var - YENİLƏNİB
Ukrayna Ordusunun gecə saatlarında Kerç yarımadasına PUA zərbələri nəticəsində 4 nəfər ölüb, daha 28 nəfər yaralanıb.
TodayPress TV xəbər verir ki, bu barədə "TASS" məlumat yayıb.
Kerç bərə keçidində yerləşən “Panagia” bərəsi də hücuma məruz qalıb. Həmçinin Çuşka qəsəbəsində yerləşən neft terminalında yanğın baş verib.
xxx
Ukrayna Ordusu pilotsuz uçuş aparatları (PUA) ilə Kerç və Krasnodarda limanlara zərbə endirib, yanğınlar baş verib.
TodayPress TV xəbər verir ki, bu barədə UNİAN məlumat yayıb.
Qeyd edilib ki, səhər saatlarında Kerç şəhərinə zərbə dronları ilə kütləvi hücum həyata keçirilib. Kerçdə hədəflər arasında dəniz limanı, sənaye zonası, “TES-Terminal”, eləcə də neft məhsulları və mayeləşdirilmiş qazın saxlanılması və daşınması üçün istifadə olunan dəmir yolu terminalı yer alıb.
Krasnodar diyarında – Kerç boğazının Rusiya sahilində yerləşən “Qafqaz” limanında da güclü yanğın qeydə alınıb. Zərbə endirilən ehtimal olunan obyektlər arasında neft məhsullarının yüklənib-boşaldılması kompleksi, həmçinin bərəyə yüklənmədən əvvəl nəqliyyat vasitələrinin və yüklərin toplanaraq gözlədiyi meydança var.