Uitkoffun İsrailə səfəri gözlənilir
ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoffun fevralın 3-də İsrailə səfəri gözlənilir.
TodayPress TV xəbər verir ki, bu barədə “Xinhua” agentliyinə İsrailin yüksək vəzifəli rəsmisi məlumat verib.
Onun sözlərinə görə, danışıqlar Qəzza atəşkəsinin ikinci mərhələsi və İranla gərginliyə yönələcək.
Uitkoffun həmçinin İsrail ordusunun Baş Qərargah rəisi, general-leytenant Eyal Zamir, müdafiə naziri İsrael Katz və digər təhlükəsizlik rəsmiləri ilə görüşləri planlaşdırılır.
Qeyd edək ki, gözlənilən səfər regionda gərginliyin artdığı bir dövrə təsadüf edir.
Aysel Mətləb