Türkiyənin neft tankeri dronla vuruldu

Türkiyənin neft tankeri dronla vuruldu
26.03.2026 09:40 Dünya

Türkiyəyə məxsus "ALTURA" adlı xam neft tankeri Qara Dənizdə dronla vurulub.

TodayPress TV "Haber Global" a istinadən xəbər verir ki, Rusiyadan yola çıxan və 140 min ton xam neft daşıyan tanker gəmi İstanbul Boğazından təxminən 15 mil uzaqlıqda, Qara dənizdə dron hücumuna məruz qalıb.

Hadisə zamanı güclü partlayış baş verib. Gəminin göyərtəsində və körpü hissəsində zədələnmə qeydə alınıb. Həmçinin ciddi fəsadlar nəticəsində gəmiyə su dolduğu bildirilib.

Gəmidəki 27 nəfərdən ibarət türk heyətinin vəziyyətinin yaxşı olduğu qeyd olunub.

Jalə Rövşən

TodayPress TV

XƏBƏR LENTİ
21 IYUN 2026
Bütün Xəbərlər