Türkiyənin beynəlxalq axtarışa verdiyi şəxslər ölkəyə ekstradisiya olundu

Türkiyənin beynəlxalq axtarışa verdiyi şəxslər ölkəyə ekstradisiya olundu
02.01.2026 09:28 Dünya

Türkiyənin beynəlxalq axtarışa verdiyi, həmçinin "qırmızı bülleten"lə axtarışda olan 40 nəfər ölkəyə ekstradisiya olunub.

TodayPress TV xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya məlumat verib.

Həmin şəxslər Gürcüstan (27), Almaniya (4), Bolqarıstan (3), ABŞ, Xorvatiya, İsveçrə, Monteneqro, Rusiya və Yunanıstandan gətirilib.

Həmin şəxslər qəsdən adam öldürmə və adam öldürməyə cəhd, cinayətkar dəstə yaratma və üzvlük, narkotik vasitələrin qanunsuz dövriyyəsi, oğurluq, quldurluq və dələduzluq, informasiya texnologiyalarından istifadə etməklə dələduzluq, rəsmi sənədlərdə saxtakarlıq, şəxsi məlumatların qanunsuz ələ keçirilməsi, terror təbliğatı, cinsi istismar və fahişəliyə təşviq, qanunsuz silah saxlama, eləcə də şəxsi azadlıq və toxunulmazlığa qarşı cinayətlərə görə axtarışa verilib.

TodayPress TV

XƏBƏR LENTİ
20 IYUN 2026
Bütün Xəbərlər