Türkiyənin 54 vilayətində əməliyyat keçirildi, 258 nəfər saxlanıldı

Türkiyənin 54 vilayətində əməliyyat keçirildi, 258 nəfər saxlanıldı
17.06.2026 19:00 Dünya

Türkiyənin 54 vilayətində sosial media platformaları üzərindən muzdlu qatil və cinayətkar qruplaşmaları tərifləyən şəxslərə qarşı keçirilən əməliyyatlarda 258 şübhəli saxlanılıb.

TodayPress TV xəbər verir ki, bu barədə Türkiyənin Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Əməliyyatlarda saxlanılan şübhəlilərin ünsiyyət platformalarında yaradılan qruplar vasitəsilə muzdlu qatil cəlb etmə və ya muzdlu qatillik işi görməyə yönəlmiş paylaşımlar etdikləri, sosial media hesabları üzərindən cinayət və cinayətkarı tərifləyən, təhdid, təhqir, qruplaşma təbliğatı məzmunlu paylaşımlar etdikləri aşkarlanıb.

"Sosial media üzərindən cinayətə təşviq edənlərə, cinayətkar qruplaşmaların təbliğatını aparanlara və gənclərimizi hədəf alan cinayətkar strukturlara qarşı mübarizəmizi qətiyyətlə davam etdiririk", - deyə Türkiyə DİN-dən bildirilib.

TodayPress TV

XƏBƏR LENTİ
17 IYUN 2026
Bütün Xəbərlər