Türkiyədə yanğın zamanı 15 nəfər tüstüdən zəhərləndi

Türkiyədə yanğın zamanı 15 nəfər tüstüdən zəhərləndi
26.12.2025 01:45 Dünya

Türkiyədə yaşayış binasında yanğın olub.

TodayPress TV xəbər verir ki, hadisə Vanın Ərciş rayonunda qeydə alınıb.

Hadisə yerinə təcili tibbi yardım və yanğınsöndürənlər cəlb olunub. Yanğın qısa zamanda söndürülüb.

Qeyd edilir ki, hadisə nəticəsində 4-ü uşaq olmaqla 15 nəfər tüstüdən zəhərlənib. Zərərçəkənlər xəstəxanaya yerləşdirilib.

Yanğının hansı səbəbdən baş verdiyi məlum deyil.

Hadisə ilə bağlı araşdırma aparılır.

TodayPress TV

XƏBƏR LENTİ
21 IYUN 2026
Bütün Xəbərlər