Türkiyədə televiziya aparıcısı həbs edildi

Türkiyədə televiziya aparıcısı həbs edildi
17.12.2025 22:40 Dünya

Türkiyədə narkotiklərlə mübarizə çərçivəsində aparılan istintaq zamanı narkoloji testdən keçirilən televiziya aparıcısı Ela Rümeysa Cebeci həbs edilib.

TodayPress TV bu barədə "Sabah" qəzetinə istinadən xəbər verir.

Bildirilir ki, test nəticəsi müsbət çıxmış Cebecinin məhkəmə ifadəsi alındıqdan sonra o, "narkotik maddə istifadəsini asanlaşdırma" ittihamı ilə həbs edilib.

Televiziya aparıcısı test nəticəsinin səhv olduğunu iddia edərək, həyatı boyu narkotik maddədən istifadə etmədiyini qeyd edib.

Xatırladaq ki, Cebeci THC (tetrahidrokannabinol) maddəsini qəbul edərək bunu videoya çəkib və görüntüləri məşhur komediya ustası Cem Yılmaza göndərib.

TodayPress TV

XƏBƏR LENTİ
22 IYUN 2026
Bütün Xəbərlər